Samir Abasov: Bu haqda rəhbərlik düşünsə yaxşıdır
30.09.2011 - 23:06
“Çətin oyun oldu”. Bunu apasport.az saytına açıqlamasında “Sumqayıt Şəhər” klubunun müdafiəçisi Samir Abasov deyib.
Premyer Liqanın VIII turunda Gəncədə “Kəpəz”in qonağı olan Sumqayıt təmsilçisi meydanı 1 xalla tərk edib. Bununla, aktivindəki xalların sayını üçə yüksəldən Raabın yetirmələri son pillədən qurtula bilməyib.
Oyundan sonra keçirilən mətbuat konfransında almaniyalı mütəxəssis xal qazanmalarını fərqli taktikadan istifadə etmələri ilə əlaqələndirib. Lakin təcrübəli futbolçu bunun müəyyən mənada razılaşmır: “Düzdür, müəyyən taktiki dəyişiklik olmuşdu. Hacı Əhmədov bu dəfə müdafiəçi kimi deyil, dağıdıcı yarımmüdafiəçi kimi oynadı. Eldar Məmmədov yarımmüdafiənin cinahında yer almışdı. Bilmirəm, bunu sırf “Kəpəz”lə matça görə, yoxsa qarşıdakı oyunlarda da istifadə edəcək. Hər şeyi bununla bağlamaq olmaz. Burda uşaqların əməyi də nəzərə alınmalıdır. Taktika özünü doğruldubsa, deməli, biz də bunu düzgün yerinə yetirmişik”.
Komandanın hələ də qələbə qazana bilməməsinə toxunan Abasov bu haqda rəhbərliyin də düşünməli olduğunu vurğulayıb: “İnşallah, qələbə də olacaq. Problem çoxdur. Bu haqda rəhbərik düşünsə yaxşıdır və düşündüklərinə inanıram”.

0
0