Nizami Hacıyev: Heç bilməzdim ki, zərbə “çərçivə”yə düşsün...
30.09.2011 - 23:11
“Meydana çıxanda baş məşqçi Kaxebar Sxadadze mənə tapşırıq verdi. Dedi ki, yalnız orta xətdə mövqe tutum və oyunu öz üzərimə götürüm”. Bunu apasport.az saytına açıqlamasında “İnter” klubunun futbolçusu Nizami Hacıyev deyib.
Premyer Liqanın VIII turunda “Xəzər Lənkəran”ı qəbul edən “bankirlər” çətin qələbə qazanmaqla, rəqibin məğlubiyyətsiz oyunlarına son qoydu. 1:0 hesabı ilə nəticələnən qarşılaşmada yeganə qolun sahibi olan Hacıyev bildirib ki, zərbəsinin həlledici olmasına sevinir: “Bütün gücümlə çalışdım. Sevinirəm ki, düşən vəzifənin öhdəsindən gələ bildim. Komanda yoldaşım Girts Karlsons mənə ötürmə verəndə, heç bilməzdim ki, zərbə “çərçivə”yə düşsün... Çünki belə məqamları öncədən duymaq olmur. Amma Allaha şükür, hər şey istənilən kimi qurtardı. Komandamız indi-indi öz oyununu tapır. İnşallah, bu gedişlə sonda çempion olarıq”.

0
0