Elnur Allahverdiyev buraxılan qolda özünü təmizə çıxardı
30.09.2011 - 23:25
Elnur Allahverdiyev buraxılan qolda özünü təmizə çıxardı
“Adi səhvdən qol buraxdıq. Deməzdim ki, bu mənim üzümdən baş verdi. Məndən arxada daha 3 futbolçu vardı. Sadəcə, qapıya zərbə dəqiq alındı”. Bu sözləri apasport.az saytına “Xəzər-Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev deyib.

Cənub təmsilçisi Premyer Liqanın VIII turunda səfərdə “İnter”ə 0:1 hesabı ilə uduzsa da, turnir cədvəlində zirvədəki mövqeyini itirmədi. Elnurun fikrincə, məğlubiyyət faciə ilə qarşılanmamalıdır: “Futbolda hər şey olur. İndi toparlanıb, digər matçlar barəsində düşünməliyik. Liderliyimiz davam edir. Komandamızda yüksən ab-hava var. İnanıram ki, sonda istəyimizə qovuşacağıq”.