Rəşad Sadıqovun il yarım gözlədiyi an
01.10.2011 - 12:32
“Qarabağ”ın 3 futbolçusu Azərbaycan Premyer Liqasının cari mövsümündə qol hesablarını açıblar. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, VIII turda “Turan”a Mərdəkanda “Dalğa Arena”da 3:1 hesabı ilə qalib gəldikləri oyunda fərqlənən müdafiəçilər Rəşad Sadıqov, Ansi Aqolli və Vüqar Nadirov yubiley – XX çempionatımızda “siftə” ediblər. Ümumiyyətlə, üçlük bu il daxili yarışlarda ilk dəfə rəqib qapılarına yol tapıblar.
23-cü dəqiqədə akrobatik zərbə ilə gözəl qol vuran Vüqar sonuncu dəfə ötən mövsüm dekabrın 18-də “Muğan”a Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda 2:0 hesabı ilə qalib gəldikləri oyunda son nöqtəni qoymuşdu. Millimizin 24 yaşlı hücumçusu bu il Avroliqanın I təsnifat mərhələsində Litvanın “Banqa” klubuna səfərdə 4:0 hesabı ilə yendikləri ilk oyunda dubl edib.
”Turan”la görüşün 53-cü dəqiqəsində “Qarabağ”ın 2-ci qolunu vuran Aqolli isə 2-ci mövsümdür iştirakçısı olduğu Premyer Liqamızda qol hesabını açdı. Albaniya millisinin sol cinah oyunçusu sonuncu dəfə Avroliqada “Banqa” ilə Bakıdakı cavab oyununda (3:0) qola imza atmışdı.
85-ci dəqiqədə tovuzluları oyuna mərkəzdən başlamağa məcbur edən Rəşad isə ağdamlıların heyətində növbəti dəfə fərqlənmək üçün il yarım gözləməli oldu. 29 yaşlı müdafiəçi ötən ilin mayın 9-dan sonra “Qarabağ”da qol vura bilməmişdi. Sadıqov XXXI turda Quzanlıda “Xəzər-Lənkəran”la keçirilən oyunda (2:1) ilk qolu vurmuşdu (2:1).
Qeyd edək ki, futbolçular “Qarabağ”a “Turan”la oyunlarda ardıcıl 7-ci qələbə qazandırdılar və bu, bütün milli çempionatlarımızın iştirakçısı olan komandaların yubiley – 40-cı görüşündə reallaşdı.

0
0