“Qəbələ”nin 281 gün sonra qırılan seriyası
01.10.2011 - 13:24
“Qəbələ”nin evdə məğlubiyyətsiz seriyası qırıldı. Apasport.az saytının məlumatına görə, ingilis Toni Adamsın çalışdırdığı komanda 281 gündən sonra öz meydanında uduzdu. Bu, son turda debütant “Rəvan”la görüşdə (2:3) reallaşdı və nəticədə qəbələlilər bu il doğma publika qarşısında ilk dəfə yenildi. Komanda sonuncu məğlubiyyətini ötən ilin dekabrın 23-də almışdı. Premyer Liqamızın XIX turu çərçivəsində “Bakı” ilə oyun rəqibin 1:0 hesabı ilə nəticələnmişdi. Bu məğlubiyyət sonda Adamsın komandasına “altılığ”a düşməmək bahasına başa gəldi.
Baş məşqçi postuna Vladislav Qədirovu qaytarandan sonra səfərdə hər 2 oyunda qalib gələn “Rəvan” Adamsın yubileyini korladı. Belə ki, London “Arsenal”ının əfsanəvi kapitanı “Qəbələ”nin baş məşqçi postunda 40-cı oyununu keçirirdi. 45 yaşlı ingilis çalışdırıcı ötən ilin mayından rəhbərlik etdiyi komandanın sükanı arxasında evdə az uduzub. Belə ki, bu, Adamsın Qəbələdə yalnız 4-cü məğlubiyyəti oldu və hamısı ötən çempionatımızda qeydə alınıb. “Qəbələ” “Bakı” ilə matçadək “Neftçi”yə 0:2, “İnter”ə 0:1 hesabı ilə yenilmişdi.
Mehman SÜLEYMANOV

0
0