“Neftçi” ilə “Xəzər Lənkəran” Adamsı yenə “qara zolağ”a saldı
01.10.2011 - 14:03
Toni Adams “Qəbələ”nin baş məşqçisi postunda öz antirekordunu təkrarladı. Apasport.az saytının məlumatına görə, 45 yaşlı ingilis çalışdırıcı ötən çempionatımızda olduğu kimi, ardıcıl 3 oyunda uduzdu. Qəbələlilər son 3 turda səfərdə “Neftçi”yə 0:2, “Xəzər Lənkəran”a 1:2 və evdə “Rəvan”a 2:3 hesabı ilə yenildi.
Adams belə uğursuzluğa debütündə düşmüşdü. Belə ki, “Qəbələ” ötən çempionatda onun rəhbərliyi altında ilk 3 oyunda meydanı məğlub tərk etdi. Maraqlıdır ki, onda da komanda 3 məğlubiyyətinin 2-ni səfərdə, yenə “Xəzər Lənkəran” (səfərdə 0:1) və “Neftçi”dən (evdə 0:2) almışdı. Adams əvvəlki antirekordunda son məğlubiyyətini səfərdə “Bakı”dan almışdısa (1:2), bu dəfə evdə minimal fərqlə debütant “Rəvan”a uduzdu (2:3).
“Qəbələ” ötən çempionatın əvvəlində “qara zolaq”dan yalnız V turda çıxaraq, ilk qələbəsini əldə etdi. Buna qədər evdə MOİK-lə qolsuz bərabərliyə qalan “Qəbələ” ardından səfərdə “Turan”ı yendi (1:0) və bu, London “Arsenal”ının əfsanəvi kapitanının ölkəmizdə ilk qələbəsi oldu. Cari mövsümdə mükafatlar, avrokuboklar uğrunda mübarizə aparan Adamsın XX çempionatımıza uğurla başlasa da, son oyunlarda uğursuzluq sindromu ilə üzləşib. “Qəbələ” ilk məğlubiyyətini alandan sonra xal üzünə həsrət qalıb və nəticədə liderlər qrupundan 7-ci pilləyə düşüb.
Qeyd edək ki, “Qəbələ” Adamsın rəhbərliyi altında ötən mövsümü 7-ci yerdə bitirərək, 2-ci “altılığ”ın çempionu oldu.
Mehman SÜLEYMANOV

0
0