Premyer Liqamızda orta məhsuldarlıq 2,16 qoldur
04.10.2011 - 11:10
Azərbaycan Premyer Liqasında sentyabrda keçirilmiş 25 oyunda qapılara 54 qol vurulub. Apasport.az saytının məlumatına görə, ötən ayda orta məhsuldarlıq göstəricisi hər oyuna 2,16 qol olub.
Çempionatımızın bombardirləri isə hərəyə 4 qol vuran Ceyhun Sultanov (“Kəpəz”), Yuri Fomenko (“Kəpəz”) və Sergey Artyuxdur (“Turan”).
Sentyabrda ən məhsuldar oyun Zaqatalada keçirilib. Bu, VI turun “Simurq” - “Kəpəz” oyunudur. Meydan sahiblərinin qalib gəldiyi görüşdə 6 qol vurulub - 4:2.
Arxada qalan 8 turda 14 qol vuran “Kəpəz” cari mövsümün ən məhsuldar komandasıdır. Turnir cədvəlinin vahid lideri “Xəzər Lənkəran” rəqibindən 1 top geri qalır. Qapısından 13 top buraxan “Kəpəz”lə “Turan” isə müdafiə xətti ən zəif olan komandalardır.
Qeyd edək ki, cari mövsümdə 47 oyunda keçirilib və qapılara 107 qol vurulub.
Mənbə: pfl.az

0
0