3 oyun, 3 məğlubiyyət - YENİLƏNİB
05.10.2011 - 16:40
3 oyun, 3 məğlubiyyət  - YENİLƏNİB
Bu gün 17 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən IX qrupda artıq mübarizəyə yekun vurulub.

3-cü oyunda 3-cü darmadağını reallaşdıran İspaniya yığması Azərbaycanla oyunda olduğu kimi, Ukraynaya da 7 cavabsız qol vurub. Lakin bu dəfə pireneylilər fasiləyə qədər buna nail olub, 2-ci 40 dəqiqədə isə “istirahət ediblər”.

İlk 2 matçında böyük hesabla uduzan Sissi Raytın yetirmələri isə qol həsrətinə son qoysa da, turniri xalsız başa vurublar. Yığmamız Bosniya və Herseqovina ilə oyunda hesabı bərabərləşdirməyə nail olsa da, heç-heçəni qoruya bilməyib. Bununla da komandamız ardıcıl 3-cü məğlubiyyətlə qrup sonuncusu olub.

5 oktyabr

Azərbaycan – Bosniya və Herseqovina - 1:2
QOLLAR: Melis Sarialtin, 7 - Selma Kapetanoviç, 2, Merima Seviç, 69
Baş hakim: Marianna Svendsen (Danimarka)
Mərdəkan qəsəbəsi. “Dalğa Arena” stadionu

Ukrayna – İspaniya - 0:7
QOLLAR: Alba Pomares, 4, 18, Sonya Frayli, 11, 17, 40+3 (pen), Carla Puiggros, 24, Nuria Mendoza, 34
Baş hakim: Berta Mariya Korreya Tavareş Teyşeyra (Portuqaliya)
Şüvəlan qəsəbəsi. AZAL stadionu

1
İspaniya
3
3
0
0
20-0
9
2
Bosniya və Herseqovina
3
2
0
1
5-8
6
3
Ukrayna
3
1
0
2
4-10
3
4
Azərbaycan
3
0
0
3
1-12
0