Azərbaycan yığması UEFA-nın rəsmi saytında
05.10.2011 - 15:26
Azərbaycan yığması UEFA-nın rəsmi saytında
UEFA-nın rəsmi saytında 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasına həsr olunan videomaterial yerləşdirilib. Apasport.az saytının məlumatına görə, videoçarxda yığmamızın UEFA-nın Nyondakı mənzil-qərargahı ilə üzbəüz yerləşən Futbol Ustalığının Artırılması Mərkəzində keçirdiyi təlim-məşq toplanışı və yoldaşlıq oyunları əks olunub. Sentyabrın 22-dən oktyabrın 13-ə qədər davam edən hazırlıqlarla bağlı videomateriala affavideo.az saytında da baxmaq mümkündür.

Mənbə: affa.az