İntizamlı və intizamsız klublar
05.10.2011 - 16:14
Azərbaycan Premyer Liqasının ən intizamlı və intizamsız klublarının adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, hər 2 mənada debütantlar fərqlənib. Çempionatın arxada qalan 8 turunun 47 oyununda ən çox və ən az vərəqə alan komandalar müvafiq olaraq “Rəvan” və “Sumqayıt Şəhər”dir.
Belə ki, PFL-in rəsmi internet saytının açıqladığı hesablamalara əsasən “Rəvan” 22 dəfə sarı, 2 dəfə isə qırmızı vərəqə almaqla hamıdan “öndə” qərarlaşıb. Hakimlər hərəyə 21 dəfə “Bakı” və “İnter”in futbolçularına sarı vərəqə, bir dəfə isə qırmızı vərəqə göstəriblər.
Digər komandalarla müqayisədə oyun qaydalarına daha çox “Sumqayıt Şəhər” futbolçuları əməl edib. Sumqayıt təmsilçisinin futbolçuları cəmi 9 dəfə sarı vərəqə ilə cəzalanıblar.
Qeyd edək ki, VI turun “Simurq”-“Kəpəz” qarşılaşmasında futbolçulara üç qırmızı vərəqə göstərilib. Aktivində qırmızı vərəqə olmayan klublar isə “Turan” və “Sumqayıt Şəhər”dir. "Bakı" klubunun Syerra-Leonedən olan legioneri İbrahim Karqbo Premyer Liqanın ən intizamsız futbolçusudur. 4 dəfə sarı vərəqə ilə cəzalanan Karqbo bir dəfə də qırmızı vərəqə alaraq oyunu yarımçıq tərk edib.

0
0