“Mən hücumçuyam, hər oyuna qol vurmaq üçün çıxıram” - MÜSAHİBƏ
05.10.2011 - 16:21
Premyer Liqanın hesabat turunda “Kəpəz”lə qarşılaşmada “Sumqayıt Şəhər”in yeganə qolunun müəllifi Eldar Məmmədov klubun rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, hücumçu komandasının çempionatda uğursuzluğunun səbəbini açıqlayıb və növbəti turda qarşılaşacaqları “Bakı” ilə oyuna münasibət bildirib.
- “Sumqayıt Şəhər”in Premyer Liqada uğursuzluğunun səbəbi nədir?
- Komandamız yeni yaranmış kollektivdir. İlk günlər bəzi problemlərlə qarşı-qarşıya qalmışdıq. Heyətin formalaşması baxımından da, çətinliklərimiz kifayət qədər idi. Lakin zaman keçdikcə komandanın oyununda irəliləyiş hiss olunur. Uğursuzluğun başlıca səbəbi isə təcrübəsizlikdir. Futbolçularımızın əksəriyyəti gənclərdir. Təcrübəsizliyi əsas gətirib, danışmaqda da yanlışdır. Öz üzərimizdə daha çox işləyib arzuolunmaz vəziyyətdən çıxmalıyıq.
- Gəncədə “Kəpəz”lə qarşılaşmada ilk qolun müəllifi oldunuz. Premyer Liqada ilk dəfə fərqləndiyin üçün hansı hissləri keçirdiniz?
- “Kəpəz”lə qarşılaşmada komanda olaraq çox yaxşı oynadıq. İkinci hissənin debütündə Hacı Əhmədovun zərbəsindən sonra top qapıdan keçsəydi nəticə xeyrimizə başa çata bilərdi. Qol vuran zaman qeyri-adi hiss keçirmədim. Mən hücumçuyam, hər oyuna qol vurmaq üçün çıxıram. Düşünürəm ki, qolların davamı gələcək. Bir müddət əvvəl 21 yaşadək futbolçulardan ibarət milli komandanın təlim-məşq toplanışına qatılmışdım. Ümid edirəm ki yaxın gələcəkdə yenidən U-21-ə dəvət alacağam.
- Növbəti turda doğma azarkeşlər qarşısında “Bakı” ilə üz-üzə gələcəksiniz. Bu oyundan hansı nəticəni gözləyirsən?
- “Bakı” Azərbaycan futbolunun ən güclü klubları sırasındadır. Paytaxt klubunun heyətində kifayət qədər təcrübəli futbolçular yer alır. Oyun bizim üçün çətin keçəcək, amma biz də meydana məğlub olmaq üçün çıxmayacağıq.
- Hansı futbolçu ilə meydanda daha yaxşı anlaşa bilirsiniz?
- Komandaya yeni gəldiyim zamanlar çətinlik çəkirdim. Uşaqları tanımırdım. Amma vaxt ötdükcə hər şey qaydasına düşdü. Oyunlar zamanı heç bir futbolçu ilə anlaşma problemi yaşamıram. Nisbətən Emin Mustafayev və Mahmud Qurbanovu meydanda daha yaxşı başa düşürəm.

0
0