Azərbaycan yığması qrup liderinə qarşı
05.10.2011 - 23:02
Azərbaycan yığması qrup liderinə qarşı
Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, VIII qrupda mübarizə aparan Azərbaycan milli komandası Avro-2013-ün seçmə oyunlarında ilk ev matçına çıxacaq.

İlk 2 oyunu səfərdə keçirib azarkeşlərimizi məyus edən Bernard Lippertin yetirmələri İngiltərə (0:6) və Belçikada (1:4) aldığı darmadağınlardan sonra qrup lideri Norveçlə üz-üzə gələcək.

Belə ki, ilk matçında İslandiyanı 2:0 hesabı ilə məğlub edən skandinaviyalılar şəxsi oyunların nəticələrinə əsasən qrupumuzun zirvəsində qərarlaşıb. Çünki UEFA-nın əsasnaməsinə uyğun olaraq eyni sayda xala malik komandaların öz aralarındakı görüşlər əsas götürülür.

6 oktyabr

18:00. Azərbaycan – Norveç
Baş hakim: Arnold Hunter, Paul Munn, Tomas Feyrfild, Raymond Kranql (hamısı Şimali İrlandiya)
Bakı. “Dalğa Arena” stadionu

23:45. İslandiya – İngiltərə

1 Norveç21012-03
2 İslandiya21012-33
3 İngiltərə11006-03
4 Belçika21015-33
5 AZƏRBAYCAN20021-100