“İstəyirəm ki, vurduğum qolların təsadüfi olmadığını göstərim”
05.10.2011 - 23:08
“İndi vəziyyətim yaxşıdır. Səhhətimdə problem qalmayıb. Sadəcə, bir az soyuqlamışdım, qızdırmam vardı. Bu səbəbdən millinin 1 məşqini buraxmalı olmuşdum”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Rauf Əliyev deyib.
Avro-2012-in seçmə mərhələsində Avstriya və Türkiyə ilə rəsmi oyunlara çağırılan “Qarabağ”ın hücumçusu son vaxtlar sağlıq durumunda problemlərlə üzləşir. Əvvəlcə “Xəzər Lənkəran”la Premyer Liqa oyununda zədələnən Rauf millimizin düşərgəsində olarkən soyuqladı.
Nəticədə dünənki məşqə qatılmayan futbolçu indi özünü yaxşı hiss edir: “Ola bilər ki, məşqdən tərli çıxandan sonra özümü soyuğa vermişdim. Artıq yaxşıyam və hazırda millimizin məşqinə çıxmağa hazırlaşıram. Sentyabrın 17-də “Xəzər Lənkəran”la oyunda zədələndikdən sonra məşqlərə elə də ara verməmişəm. Türkiyədə müayinədə olduğum müddətdə qaçır, trenajor zalında çalışırdım. 23-dən isə Bakıya qayıdandan sonra toplu çalışmalar, 27-28-dən isə komanda ilə birgə məşq edirəm”.
Millimizin son 2 oyununda qazanılan xalların əsas memarı məhz Rauf oldu. Belə ki, Belçika və Qazaxıstanla görüşlərdə bərabərlik qolunu vuran hücumçu son matçda penalti qazanmaqla, komandamızı hesabda irəli çıxmasına imkan yaratdı.
Bu mənada onun son matçlarımızda, xüsusilə oktyabrın 7-də Avstriya ilə “Dalğa Arena”da keçiriləcək görüşdə də yeri görünür: “Əlbəttə, son rəsmi oyunlarımızda da iştirak etmək istəyirəm və oynamağa yüz faiz hazıram. Ancaq start heyətində meydana çıxacağımı indidən dəqiq deyə bilmərəm. Çünki hələ 2 gün var və baş məşqçimiz son məşqlərdən sonra heyəti müəyyənləşdirəcək. Mən də istəyirəm ki, Avstriya ilə oyunda meydana çıxım və yenə rəqib qapısına yol taparaq, əvvəlki qollarımın təsadüfi olmadığını göstərim”.
Qeyd edək ki, Rauf millimizdə qol hesabını sentyabrın 2-də Belçika ilə Tofiq Bəhramov adına Respublika stadionundakı oyunda (1:1) açdı.
Mehman SÜLEYMANOV

0
0