Elşən Məmmədov: Avstriya yığmasının müdafiə xətti güclü deyil
05.10.2011 - 19:00
“Yekun heyətdə yer aldığıma görə, şadam. Avstriya ilə doğma meydançada oynayacağımızdan yəqin ki, hücum futboluna üstünlük verəcəyik. Belə məqamda baş məşqçimiz Berti Foqts hücumameyilli oyunçulara etimad göstərəcək. İlk “onsəkkizliy”ə daxil olmaq, hətta start heyətində meydançaya çıxmaq da mümkün olar”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının və AZAL klubunun futbolçusu Elşən Məmmədov deyib.
O bildirib ki, həm Azərbaycan yığması, həm də Avstriya milli komandasının itirəcəyi heç nəyi qalmayıb: “Avstriya milli komandasının oyunlarına baxmışam. Fikrimcə, onların ən güclü silahı əks hücumlardan yararlanmaq qabiliyyətləridir. Müdafiə xətləri fikrimcə, elə də güclü deyil. Digər tərəfdən nə onlar nə də biz qrup mərhələsindən çıxa bilirik. Yəni hər iki tərəfin itiriləcək bir şeyi yoxdur. İnanıram ki, Bakıda gözəl oyun olacaq. Əlbəttə ki, Azərbaycan millisini bundan 4 gün sonra Türkiyə ilə çətin qarşılaşma gözləyir. Biz gücümüzdən düzgün istifadə etməliyik”.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 7-də evdə Avstriya, 11-də isə səfərdə Türkiyə ilə qarşılaşacaq.

0
0