Əsgər Abdullayev: Bu, biznes işidir
05.10.2011 - 23:05
“Məşqlərimizi bərpa etmişik. Hazırlığımızı Tovuzda davam etdiririk”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.
Mövsümün əvvəlindən etibarən gündəmdən düşməyən “Turan”da sular hələ də durulmayıb. Komandada maliyyə problemi olduğundan bir neçə futbolçu hələ də düşərgəyə dönməyib. Təcrübəli futbolçulardan Samir Əliyev bunu klubda vəziyyətin düzəlməməyi ilə əlaqələndirmişdi.
Baş məşqçi isə bunun yaxın günlərdə qaydasına düşəcəyini deyir: “Bəzi futbolçular var ki, onlarla bağlı hələ qərar verilməyib. Qaldı ki, Samir Əliyevin fikrinə, hər bir futbolçu öz fikrini açıqlaya bilər. Vəziyyət tədricən düzələcək. Prezident söz verib ki, işləri yaxşılığa doğru getdikcə düzələcək. Bu, biznes işidir. Bəzən görürsən ki, çətinliyə düşmüsən”.
Bu vəziyyətdə komandanı oyuna kökləməyin çətin olduğunu da bildirən baş məşqçi “Turan”ın öz oyununu oynamadığını qeyd edib: “Əlbəttə, çətindir. Maliyyə ilə bağlı baş verənlər bizə pis təsir etdi. Bu durum futbolçuları sındırdı. Gərək beyin sakit olsun ki, sən də fikrini işə yönəldəsən. Baş verənlər komandanın oyununa pis təsir göstərib. “Turan” öz oyununu oynaya bilmir. Bunu aradan qaldırmağa çalışacağıq”.

0
0