Karles Puyol karyerasını bitirməyi düşünür
06.10.2011 - 08:38
“Barselona”nın futbolçusu Karles Puyol karyerasını bitirmək haqda düşünür. Apasport.az saytının məlumatına görə, 33 yaşlı müdafiəçi yaşıl meydanda çıxışını başa vurmağı fikirləşdiyini etiraf edib. Son 3 ildə İspaniya yığmasının heyətində Avropa və dünya çempionluğunu qazanan Puyol hələ yanvarda sol dizindən ciddi zədə alıb və nəticədə yetirməsi olduğu “Barsa”nın heyətində ötən mövsümün bir neçə oyun keçirib. İyunda cərrahiyyə əməliyyatı olunan Karles cari mövsümdə komandasının heyətində 4 oyun keçirib, Çempionlar Liqasında Belarusun BATE klubu ilə səfər oyununda ayağı burxulub.
Yenidən bir müddətə sıradan çıxan Puyol çətin vəziyyətdə qalıb: “Mənə problemin həllini tapmaq çətindir. Mənim istəyim yoxdur və oynaya bilmirəm. Həmin vaxt karyeramı bitirmək haqda fikir beynimdən keçir”.

0
0