Mourinyoya barmaq zərbəsi 2 oyun və 600 avroya başa gəldi
06.10.2011 - 08:56
Mourinyoya barmaq zərbəsi 2 oyun və 600 avroya başa gəldi
Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo növbəti cəzasını alıb. Apasport.az saytının məlumatına görə, İspaniya Futbol Federasiyası portuqaliyalı mütəxəssisi 2 oyunluq diskvalifikasiya edib. Ancaq bu, yalnız ölkə Superkubokuna şamil olunur. Çünki Mourinyo cəzasını həmin turnirdə “Barselona” ilə “Nou Kamp”da keçirilən cavab görüşündə etdiyi hərəkətə görə alıb. Çalışdırıcı həmçinin 600 avroluq cərimələnib.

Qeyd edək ki, Mourinyo 2:3 hesabə ilə uduzduqları həmin oyunda barmağını “Barselona”nın məşqçisi Tito Vilanovanın gözünə soxub.