İlk dəfə xalsız
06.10.2011 - 09:32
İlk dəfə xalsız
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsində hər 3 qarşılaşmada uduzan Sissi Raytın yetirmələri milli tarixinin ən pis nəticəsini göstərib.

3-cü dəfə belə yarışa qatılan yığma ilk dəfə seçmə mərhələni ilk dəfə xalsız başa vurub. Hərçənd Şamil Heydərovun rəhbərliyi altındakı ilk 2 cəhdin hər birində 1 uduzulmayan matç olub: əvvəl qələbə, sonra heç-heçə. Bu dəfə isə komandamızı udmayan olmadı.

çempionatOQHMT/FXQrupda yer
2007/0831022-73III
2008/0930121-91IV
2011/1230031-120IV