Burak Yılmaz: Azərbaycanlı futbolçulara qiymətsiz yanaşmırıq
06.10.2011 - 09:40
Burak Yılmaz: Azərbaycanlı futbolçulara qiymətsiz yanaşmırıq
“Avro-2012-in seçmə mərhələsində qalan 2 oyunumuzda 4 xal götürərəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə yığmasının futbolçusu Burak Yılmaz deyib. Avro-2012-in seçmə mərhələsində Almaniya və Azərbaycanla oyunlara çağırılan “Trabzonspor”un 26 yaşlı hücumçusu çoxları kimi 4 xaldan danışıb: “Həmin 2 oyunda buna nail olacağımıza əminəm. Almaniya ilə görüşdə heç olmasa bərabərliyə oynamalıyıq. Onlara çox hörmət edirik, ancaq doğma divarlar arasında istənilən rəqibə qalib gəlməliyik. Futbolçularımızda böyük potensial var. Almaniya yığması həmişə çox intizamlı oynayır, son vaxtlar isə daha yaradıcı hərəkət edir. Türkiyəyə çox səviyyəli komanda gələcək. Ancaq necə almanların imkanlarını çox həddən artıq qiymətləndirmiriksə, eləcə də azərbaycanlılara qiymətsiz yanaşmırıq”.