Vəli Qasımov üçün əlamətdar hadisə
06.10.2011 - 10:08
Azərbaycanın 19 yaşınadək futbolçulardan ibarət yığmasının (U-19) baş məşqçisi Vəli Qasımov əlamətdar hadisəni qeyd edir. Apasport.az saytının məlumatına görə, 42 yaşlı keçmiş hücumçu bu gün baş məşqçi kimi ilk rəsmi matçına çıxacaq.
Bu, U-19-lar arasında Avropa çempionatının İsveçdə keçirilən seçmə mərhələ oyunlarında meydan sahibləri ilə Bakı vaxtilə saat 22:00-da başlayacaq görüşdə reallaşacaq.
Futbolçu karyerasını 10 il öncə bitirən Qasımov həmin vaxtdan İspaniyada məskunlaşmışdı. O, son 3 ildə vətənində çalışmağa başladı. Hələ SSRİ dövründə oynadığı “Neftçi”nin dəvəti ilə ölkəmizə gələn Qasımov 2008-ci ilin iyulun 15-də klubun idman direktoru təyin olundu. Ancaq bu, cəmi 6 ay çəkdi və veteran futbolçu 2009-cu ilin yanvarın əvvəlində paytaxt təmsilçisindən kənarlaşdırıldı. Qasımov növbəti ildə isə birdən-birə 2 təyinat aldı. Belə ki, o, ötən ilin avqustunda milli komandamızın baş məşqçisi Berti Foqtsun köməkçisi, bundan 3 ay sonra U-19-un çalışdırıcısı təyin olundu.
Qeyd edək ki, futbolçu kimi “Betis”in heyətində İspaniya çempionatının bürünc medalını qazanan Qasımov məşqçilikdə ilk addımlarını bu ölkənin aşağı divizionunda atıb.
Mehman SÜLEYMANOV

0
0