Millimiz qol həsrətinə son qoydu
06.10.2011 - 10:19
Millimiz qol həsrətinə son qoydu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası rəsmi oyunlardakı qol həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, tarixində 3-cü dəfə Avropa çempionatının seçmə mərhələsinə qatılan yığmamız Bakıda keçirilən son oyununda Bosniya və Herseqovina ilə matçda qol sevinci yaşayıb.

Ölkəmizdə keçirilən ilk 2 qarşılaşmanı qolsuz bitirən yığmamız qolsuzluq seriyasını 4-ə çatdırmışdı. Belə ki, sonuncu dəfə qatıldığımız 2008/09 mövsümünün ilk oyununda fərqləndikdən sonra 2 matçda qol həsrəti yaşamışdıq.

Həmin son qol 2008-ci il oktyabrın 7-də İtaliya ilə görüşdə vurulmuşdu. Matçdan 1 gün sonra 16 yaşını qeyd edəcək Lyudmila Əliyeva İtaliyada meydan sahiblərinin qapısına qol vurmuşdu. Milliləşən rusiyalıdan sonra isə növbəti qolu 1093 gün gözləmək lazım gəldi. Bu dəfə milliləşən alman türkü Melis Sarılaltın fərqləndi.

1093 günlük həsrətə son qoyun Lyudmilanın davamçısı olan Melis U-17-mizin seçmə mərhələlərdə 4-cü qolunun müəllifi oldu. Bu 4 qoldan 3-nü milliləşənlər vurub və yerlilərdən yalnız Sədaqət Abbasova adını qolçular siyahısına yazdırıb.

17 yaşadək qızlardan ibarət yığmamızın bütün qolları

2007/08 (Polşa, 2-cı qrup)
13.10.2007 Yunanıstan 2:1 (Sədaqət Abbasova, Anna Məmişova)
2008/09 (İtaliya, 2-ci qrup)
07.10.2008 Italiya 1:3 (Lyudmila Əliyeva)
2011/12 (Azərbaycan, IX qrup)
05.10.2011 Bosniya və Herseqovina 1:2 (Melis Sarıaltın)