Yenə uduzdular
06.10.2011 - 21:55
Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, VIII qrupda mübarizə aparan Azərbaycan milli komandası Avro-2013-ün seçmə oyunlarında ilk ev matçına çıxıb.
Tarixində ilk dəfə “Dalğa Arena”nın meydanına çıxan Bernard Lippertin yetirmələri bu arenanı da xalsız tərk edib. Belə ki, yığmamızın qonağı olan Norveç millisi bakı səfərindən qalib ayrılıb – 2:0.
Ardıcıl 2-ci qələbəsini qazanan skandinaviyalılar turnir cədvəlində mövqeyini möhkəmləndirib. Avro-2013-ün ilk 2 seçmə oyununu səfərdə keçirib İngiltərə (0:6) və Belçikada (1:4) uduzan yığmamız isə qrup liderinə uduzmaqla turnir cədvəlinin zirzəmisindən ayrıla bilməyib.
Qeyd edək ki, qrupumuzun digər oyununda İslandiya və İngiltərə yığmaları üz-üzə gələcək.
6 oktyabr
Azərbaycan – Norveç - 0:2
QOLLAR: Markus Henriksen, 21, Torqeyr Borven, 90+2
Baş hakim: Arnold Hunter, Paul Munn, Tomas Feyrfild, Raymond Kranql (hamısı Şimali İrlandiya)
Bakı. “Dalğa Arena” stadionu

- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
- "Beşiktaş" və "Trabzonspor"un oyunları bu kanallarda - TV AFİŞA
- Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı
0
0