Milli komandamız ilk qələbəsini İsveç üzərində qazandı
06.10.2011 - 23:00
19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin oyunları start götürüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının yer aldığı VIII qrupun görüşləri İsveçdə keçirilir.
Vəli Qasımovun baş məşqçisi olduğu komandamız ilk matçında meydan sahibləri ilə üz-üzə gəlib. Falkenberqdə Bakı vaxtı ilə saat 22:00-da başlayan qarşılaşmada qapılara 1 top vurulub. Millimizin futbolçusu Amil Yunanov 82-ci dəqiqədə vurduğu qolla komandamıza vacib qələbə qazandırıb.
Qrupumuzdakı digər oyunda isə İtaliya yığması Rumıniyaya uduzub - 1:2.
Komandamız növbəti matçını oktyabrın 8-də Rumıniyaya qarşı keçirəcək.
6 oktyabr
İtaliya – Rumıniya - 1:2
Hakim: Artur Soareş (Portuqaliya)
Paskberqsvallen stadionu. Varberq (İsveç)
Azərbaycan – İsveç - 1:0
Qol: Amil Yunanov, 82
Hakim: Pavle Radovanoviç (Çernoqoriya)
Falkenberq stadionu. Falkenberq (İsveç)

- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
- Djorkaeff Ermənistan Futbol Federasiyasının prezidenti olacaq? - Paşinyan cavab verdi
- "Beşiktaş" və "Trabzonspor"un oyunları bu kanallarda - TV AFİŞA
- Mourinyo "Real"ın tarixinə düşdü - Ançelottini qabaqladı
0
0