Azərbaycan çempionu hara gedir?
06.10.2011 - 11:01
Futzal üzrə UEFA kubokunun elit-raunduna ev sahibliyi edəcək klublar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İspaniyanın “Barselona”, Portuqaliyanın “Sportinq”, Rusiyanın “Dinamo” (Moskva) və İtaliyanın “Marka Futzal” komandaları mərhələnin mini turnirlərinin təşkilatçısı olacaq.
Mübarizəyə birbaşa elit-raunddan başlayacaq Azərbaycan çempionu “Araz” da bu 4 ölkədən birində çıxış edəcək. Bu il noyabrın 12-20-də keçiriləcək həmin mərhələdə mübarizə aparacaq 16 komanda finala 4 vəsiqənin sahibini müəyyənləşdirəcək.
Qeyd edək ki, elit-raundun püşkü oktyabrın 11-də atılacaq.

0
0