Rednikin uğurlu və uğursuz yubileyi
06.10.2011 - 11:52
Rednikin uğurlu və uğursuz yubileyi
Azərbaycan Premyer Liqasının VIII turunun “İnter”lə səfər oyunu “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik üçün daha 2 yubileylə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis həm uğurlu, həm də uğursuz hadisənin şahidi olub.

Ötən ilin iyulunda Lənkəran təmsilçisinin “sükanı arxasına” keçən Rednik bu müddətdə komandanı 40-cı dəfə Premyer Liqa oyununa çıxarıb. Bu matçlarda 22 qələbə qazanıb, 13 heç-heçə edən komanda 51 qol vurub, 23-ü buraxıb.

“İnter”lə görüşdəki 0:1 hesablı yenilgi isə “Xəzər Lənkəran”ın Premyer Liqada Redniklə aldığı 5-ci məğlubiyyəti olub. Bunlardan 1-i evdə, 4-ü səfərdə qeydə alınıb.

Mirça Redniklə Premyer Liqadakı məğlubiyyətlər

MövsümTarixTurRəqibYerHesab
2010/1117.10.20109GƏNCƏ(Gəncə)s1:4
2010/1106.11.201012QƏBƏLƏ(Qəbələ)s0:1
2010/1123.12.201019QARABAĞ(Ağdam)e1:2
2010/1113.03.201123AZAL(Bakı)s0:1
2011/1230.09.20118İNTER(Bakı)s0:1


Qeyd edək ki, Rednik ötən turda da 2 yubiley qeyd etmişdi. Lənkəranlılar onun rəhbərliyi altında ümumilikdə 25-ci dəfə meydandan qalib ayrılmış, Premyer Liqada 50-ci qolu vurmuşdu.

Mənbə: lankaranfc.com