UEFA “çaşdı”: İkiqat Azərbaycan çempionu hesaba alınmadı
06.10.2011 - 12:06
UEFA-nın rəsmi internet saytı Azərbaycanla bağlı növbəti fakt səhvinə yol verib. Apasport.az-ın məlumatına görə, Avropa futbol qurumunun mətbu orqanı Avro-2012-nin seçmə mərhələsinin oktyabrın 7-də keçiriləcək Azərbaycan – Avstriya oyununa həsr olunan yazıda “çaşıb”.
İki ölkə təmsilçilərinin əvvəlki qarşıdurmasına həsr olunan yazıda avrokuboklardakı görüşlərlə bağlı ciddi səhvə yol verilib. Belə ki, UEFA-nın saytında belə yazılıb: “Avrokuboklarda Avstriya və Azərbaycan klublarının yolları 3 dəfə kəsişib. İstisnasız olaraq, hər dəfə növbəti mərhələyə avstriyalılar keçib. Avstriya təmsilçilərinin 5 oyunluq qələbə seriyası 2007/08 mövsümünün UEFA kubokunun ilk təsnifat mərhələsində qırılıb. Həmin vaxt “Neftçi” “Rid”i cavab oyununda 2:1 hesabı ilə udub”.
UEFA 1995/96 mövsümündə “Kəpəz” – “Austriya” (0:4, 1:5) və “Rid” – “Neftçi” (3:1, 1:2) matçlarını düzgün hesablasa da, böyük yanlışlığa yol verib. Belə ki, 2004/05 mövsümünün İntertoto kubokuna təsadüf edən digər dueldə mərhələ adlayan da, qələbə qazanan da biz olmuşuq.
Həmin vaxt ikiqat Azərbaycan çempionu “İnter”in sələfi olan “Xəzər Universiteti” “Kazino”nu 2 oyunda məğlub edərək mərhələ adlamışdı - +:-, 2:1. Bakılıların nəticəsini düzgün hesaba almayan UEFA onların guya hər 2 matçda uduzduğunu iddia edir. Bu isə o deməkdir ki, Avstriya təmsilçiləri 3 dueldən 3-də deyil, 2-də mərhələ adlayıb və onlar 5 oyunluq qələbə seriyasına malik olmayıb.

0
0