Berti Foqts: Bunun səbəbini AFFA və PFL-dən soruşmaq lazımdır
06.10.2011 - 12:12
“Qazaxıstanla oyunda qazanılan qələbədən sonra komandada ab-hava yaxşıdır. Futbolçular yüksək əhval-ruhiyyədədirlər”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bu gün keçirdiyi mətbuat konfransında deyib.
Avro-2012-in seçmə mərhələsində sabah Avstriya ilə ev oyunu öncəsi fikirlərini bildirən almaniyalı mütəxəssis bununla da xeyli fasilədən sonra jurnalistlər qarşısına çıxdı. Foqts daha öncə mətbuat konfranslarına gəlməməyini belə izah verib: “Müəyyən səbəblər var idi. Bunu da AFFA bilir. Mətbuat konfransına gəlməməyimdə heç bir qəribə şey görmürəm. Ona qalsa, bəzən Almaniya yığmasının baş məşqçisi Yoahim Lövün əvəzinə baş menecer Oliver Birhoff jurnalistlərin qarşısına çıxır. Almaniya mətbuatına isə yalnız Azərbaycan millisi ilə müqaviləmin bu ilin sonunda başa çatacağını, komandamızda inkişafın olduğunu demişəm. Başqa heç nə”.
Foqtsu son 2 oyunda 4 xal toplayan millimizin üzvlərinin məşqə necə yanaşmaları sevindirir: “Belə ab-havada komandanı növbəti oyuna hazırlamaq daha asandır. Onda futbolçular daha inamlı, soyuqqanlı olurlar. Bütün oyunçular özlərinə inanır və sərbəst məşq edirlər. Ancaq 100 faiz adaptasiya olmurlar. Avstriya millisi gənc və güclü komandadır. Heyətində texnikalı futbolçular var. Onların futbolçuları güclü komandalarda çıxış edirlər. Bizim futbolçuların hazırlığı istənilən səviyyədə deyil, müəyyən çatışmazlıqlar var.”
Almaniyalı mütəxəssis sabah azarkeşləri maraqlı oyunun gözlədiyini bildirib: “Əgər Makedoniya ilə oyunun ilk yarısı, Belçika və Qazaxıstanla isə oyunların ikinci hissəsində oynadığımız kimi çıxış etsək, sabah qələbə qazana bilərik. Bizi hazırda Türkiyə yox, Avstriya ilə oyun maraqlandırır. Məncə, Almaniya Türkiyə yığmasına qalib gələcək".
Heyətimizdə itkilərə toxunan 65 yaşlı çalışdırıcı Aqil Nəbiyev, Murad Hüseynov və Mahir Şükürov oynaya bilməyəcəyinə təəssüflənib: “İlk 2 futbolu zədə üzündən hazırlığıma qoşula bilmədilər. Mahir isə cəza üzündən Avstriya ilə görüşdə meydana çıxa bilməyəcək. Bunlar bizim üçün ciddi itkidir. Mahirin yerinə kimin oynayacağı ilə bağlı fikirlərim var. Ancaq hələ qəti qərarımı verməmişəm. Kimin oynamağından asılı olmayaraq, bu, müdafiəyə meylli futbolçu olmalıdır. Əfran İsmayılovun arxasında mütləq müdafiəyə meylli oyunçu oynamalıdır”.
Millimizin çalışdırıcısı vaxt azlığından gileylənib. Onun fikrincə, bu həftənin ilk günündən hazırlaşmaları, rəsmi oyuna 4 gün öncə yığışmaq bizim üçün yetərli deyil: “Biz daha çox məşq etmək istəyirdik. Bu, oktyabrın 3-dən yox, ötən cümə axşamından olmalı idi. Lakin mənə lazımi şəraiti yaratmadılar. Hazırlığa daha tez başlayacaqdım. Çünki Avropada sürətli futbol oynayırlar. Ancaq bu, milli çempionatla əlaqədar alınmadı. Bunun səbəbini isə AFFA və PFL-dən soruşmaq lazımdır”.

0
0