Berti Foqtsa yubiley hədiyyəsi edin, uşaqlar!
06.10.2011 - 13:30
Avro-2012-nin seçmə mərhələsinin Avstriya ilə Bakıdakı qarşılaşması millimizin tarixinə 179-cu matç kimi düşəcək. Apasport.az saytının məlumatına görə, 1992-ci ildən indiyədək 178 oyuna çıxan komandamız bu müddətdə 31 qələbə qazanıb, 44 heç-heçə edib və 103 dəfə meydanı başıaşağı tərk edib.
Son 2 qarşılaşmada – Belçika (1:1) və Qazaxıstan (3:2) uduzmayan futbolçularımız bu məğlubiyyətsiz seriyanın 3-ə çatdırılmasına çalışacaqlar. Yığmamız 1992-ci ildən bu günə qədər 122 dəfə rəqib qapısına yol tapıbsa, 321 dəfə topu öz qapısında görüb.
AÇ-lərin seçmə mərhələlərində 48 oyunda 5 qələbə qazanıb, 6 dəfə heç-heçə edən komandamız 37 dəfə məğlub olub. Komandamızın 28 top vurub, 124-ni buraxdığını da qeyd edək. Millimiz ümumilikdə, seçmə mərhələlərdə 86 matçın 65-də uduzub. 8 qələbə və 13 heç-heçəyə sevindiyimiz belə qarşılaşmalarda 40 top vuran millimiz 198 dəfə qol buraxmasına üzülüb.
Sabahkı matç Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun bu postda 40-cı qarşılaşması olacaq. Fasiləsiz olaraq, yığmamızın “sükanı arxası”nda olan almaniyalı 8 qələbə və 10 heç-heçəyə sevinib, 21 dəfə yetirmələrinin üzüntüsünə şərik olub. Bu matçlarda yığmamız 30 qolun sevincini yaşayıbsa, 63 dəfə qapıçımız topu tordan çıxarıb.
Millimizin üzvləri debütü 2008-ci il iyunun 1-də Bosniya və Herseqovina ilə görüşdə debüt edən almaniyalı mütəxəssisə qələbə ilə hədiyyə verməlidirlər. Haydı uşaqlar, baş məşqçinizə yubiley hədiyyəsi verin!

0
0