4 saata 4 zərbə - STATİSTİKA
06.10.2011 - 19:11
4 saata 4 zərbə - STATİSTİKA
17 yaşadək qızlar arasında avropa çempionatının IX seçmə qrupunun yekun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının iştirakı ilə Bakıda keçirilən turnirdə Sissi Raytın yetirmələri yalnız mənfi mənada fərqləniblər.

Qrupda hamıdan çox qol buraxıb, ən azını vuran yığmamız hər biri 80 dəqiqə olan 3 oyunda, yəni 240 dəqiqəyə rəqib qapılarına 4 zərbə vurub. Bu isə komandamızın hər 1 saatdan 1 çərçivəyə düşməsi anlamına gəlir. İspanlar isə bu rəqəmdə millimizi 12,25 dəfə qabaqlayır – 49.

Oyundankənar vəziyyətə hamıdan az düşən millimiz buna az hücum etməsi sayəsində nail olub. Yığmamız qayda pozuntularının sayında da şərikli də olsa lider olub.


QRUPAzərbaycanBosniya və HerseqovinaİspaniyaUkrayna
Vurulan qollar15204
Buraxılan qollar128010
Sarı vərəqələr4515
Qırmızı vərəqələr0010
Qapıya zərbələr4134912
Oyundankənar vəziyyət41387
Künc zərbələri62176
Qayda pozuntuları43433540


Baş məşqçi Sissi Rayt seçmə oyunlara dəvət etdiyi 18 futbolçudan yalnız 3-nə güvənməyib.

Qapıçılar
NfutbolçuoyunQol1MədinaXələfova0012HülyaCin3-12

Müdafiəçilər

5
Nərgiz Ömərova
1
0
6
Lara Vaqner
3
0
7
Əminə Heydərova
3
0
11
Şəfəq Nəsirova
3
0
15
Kamilə Məmmədova
0
0
17
Olya Şioşvili
3
0


Yarımmüdafiəçilər

2
Şahnaz Məmmədova
0
0
9
Sevinc Qurbanova
3
0
10
Vivien Hillebrand
3
0
16
Melis Sarialtın
3
1
18
Leyla Solmaz
2
0
20
Jalə Məhsimova
3
0
23
Sinəm Solmaz
3
0


Hücumçular

4
Ləman Bağırova
1
0
8
Aliyə Vəliyeva
3
0
21
Suğra Xəlilova
2
0