Qus Hiddink: Bunu Azərbaycanı da yenərək, gerçəkləşdirmək istəyirik
06.10.2011 - 14:14
“Hələ püşkatma zamanı rəqiblərimizi gördükdən sonra çətin bir qrupa düşdüyümüzü düşündüm. Hədəfimiz çətin də olsa 1-ci yeri tutmaq idi. Ancaq əsas rəqibin Almaniya kimi güclü yığma olduğunu göz önünə gətirsək, bu hədəfə çatmadığımızda ən azından 2-ci yeri tutmağımız gərəkdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Türkiyə milli komandasının Qus Hiddink bu gün keçirdiyi mətbuat konfransında deyib. Avro-2012-in seçmə mərhələsində Almaniya yığması ilə sabahkı ev oyunu öncəsi jurnalistlər qarşısına çıxan hollandiyalı çalışdırıcı qarşısında duran vəzifəyə çatmağa çalışır: “2-ci yeri tutub, pley-offa vəsiqəni sadəcə sabah deyil, çərşənbə axşamı Azərbaycanı da yenərək, gerçəkləşdirmək istəyirik. Yalnız Avropa çempionatının final mərhələsinə çıxsaq, özümü uğurlu sayacağam. Ancaq yenə Türkiyə futbolunun indiki durumunu nəzərə alsaq, komandamın yaxşı iş gördüyünü düşünürəm. Artıq son 2 oyun qaldı və önəmli olan son 2 addımı atmağımızı gözləyirəm. Təbii ki, gələn ay hər şeyin uğurlu olacağını gözləyirəm”.
0
0