FİFA rəsmiləri “Bakı”nın bazasında
06.10.2011 - 14:30
FIFA 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının oyunlarını qəbul edəcək stadionlar və məşq meydançalarında çalışan şəxslər üçün treninqləri davam etdidir. Apasport.az saytının məlumatına görə, bir neçə gün əvvəl “Dalğa Arena”da olan FİFA nümayəndələri Oliver Voqt, Stüart Larman, Stefan Baker və Markus Keller bu dəfə “Bakı” klubunun təlim-məşq bazasına baş çəkiblər. Gün ərzində praktik və təcrübi məşğələlər keçən iştirakçılar klub infrastrukturu ilə tanış olub, təbii və süni meydanlara baxış keçiriblər. Görülən işlərə yüksək qiymət verən FİFA mütəxəssisləri infrastrukturun təkmilləşdirilməsi barədə tövsiyyələrini bildiriblər.
Qeyd edək ki, "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionu dünya çempionatının keçirələcəyi 4 arenadan biridir.
Qeyd edək ki, "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionu dünya çempionatının keçirələcəyi 4 arenadan biridir.
0
0