AFFA apasport.az-ın təklifi ilə bağlı rəsmi qərarını açıqlayacaq
06.10.2011 - 14:35
AFFA apasport.az-ın təklifi ilə bağlı rəsmi qərarını açıqlayacaq
FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin maskotunun (talismanının) təqdimatı keçiriləcək. Apasport.az saytının məlumatına görə, tədbir Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də, saat 21:00-da, AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Avstriya oyunundan əvvəl, saat 20:45-də başlayacaq.

Qeyd edək ki, çempionatın talismanı hələ açıqlanmasa da, seçimin aşkar favoriti Tıq-Tıq xanımdır. Bu təklifi isə AFFA-ya apasport.az saytı verib. Saytımızın təklifini bəyənən AFFA-nın bununla bağlı rəsmi qərarı da bu tədbirdə bilinəcək.

Mənbə: affa.az