Vurğun Hüseynov fərdi məşq etməsinin səbəbini açıqladı
06.10.2011 - 15:52
Vurğun Hüseynov fərdi məşq etməsinin səbəbini açıqladı
“Hazırlıq prosesi yüksək səviyyədə davam edir. Qələbə qazanmaq üçün mübarizə aparacağıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının futbolçusu Vurğun Hüseynov deyib.

Millimizin son oyunlarında əsas heyətdə meydana çıxan və özünü yaxşı tərəfdən göstərən 23 yaşlı müdafiəçi baş məşqçi Berti Foqtsun güvəndiyi isimlərdəndir. İlk gündən millinin hazırlığına qoşulan Hüseynov Avstriya ilə oyun öncəsi keçirilən mətbuat konfransında fərdi qaydada məşq etməsinə də aydınlıq gətirib: “Bir gün fərdi şəkildə məşq etdim. Yığmanın həkimləri belə məsləhət bildilər. Ancaq son iki gündə kollektiv çalışmalara qoşulmuşam. Şükürlər olsun ki, səhhətimdə heç bir problem yoxdur”.