“Biz qəlbimizi şeytana satmışıq”
06.10.2011 - 16:30
“Biz qəlbimizi şeytana satmışıq”
“Biz qəlbimizi şeytana satmışıq. Bizə əvvəlki nəsillərdən miras qalana xəyanət etmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Braziliya futbolunun əfsanəsi Sokrates deyib.

Ötən əsrin 80-ci illərində parlamış məşhur futbolçu Braziliya yığmasının indiki oyun üslubundan da, özündən də narazıdır. O, pentakampeonların baş məşqçi postuna Yohan Kroyff və ya Xosep Qvardiolanın gətirilməsini istəyir: “2014-cü ildə öz meydanımızda çempion ola bilməsək bu faciə sayılacaq. Bunun baş verməməsi üçün “Barselona” olmalıyıq. Bizə müdafiəçi-zad lazım deyil. Qvardiola və ya Kroyffdan biri yığmaya gətirilməlidir”.