Əliyev, yoxsa Subaşiç?
06.10.2011 - 23:06
Azərbaycan millisinin baş məşqçisi almaniyalı Berti Foqts Avstriyaya qarşı oynadacaq hücumçunu müəyyənləşdirməkdə çətinlik çəkir. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis sırf hücumçu mövqeyində Rauf Əliyev və ya Branimir Subaşiçə şans verəcəyini konkretləşdirə bilmir.
İş ondadır ki, Belçika və Qazaxıstanla oyunlarda qol vurub, komandamızın uğur qazanmasında böyük pay sahibi olan Əliyev düşərgəyə zədəli qayıtmaqla yanaşı, həm də xəstələnib. Bu səbəbdən Əliyev milli komandanın Avstriya hazırlığının bir qismində iştirak edə bilməyib.
Foqtsun Subaşiçə olan “sevgi”si məhz bu zaman üzə çıxıb. Alman çalışdırıcı 2 gün ərzində Subaşiçi sırf hücumçu mövqeyində sınaqdan keçirib və hazırlığından razı qalıb.
Qeyd edək ki, Azərbaycan millisi bu gün Bakıda Avstriya, bundan 4 gün sonra isə İstanbulda Türkiyə ilə qarşılaşacaq.

0
0