“Şalke”nin futbolçusu Qazaxıstan yığmasını Azərbaycandan güclü sayır
11.10.2011 - 14:52
“Şalke”nin futbolçusu Qazaxıstan yığmasını Azərbaycandan güclü sayır
Avstriya yığmasının futbolçusu Kristian Fuks Azərbaycan və Qazaxıstan milli komandalarının müqayisə edib. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Şalke” klubunun sol cinah müdafiəçisi orta asiyalıları bizdən üstün tutub. Millimizlə ötən cümə “Dalğa Arena”da 4:1 hesabı ilə qalib gəldikləri oyunun iştirakçısı olan Fuks Avro-2012-in seçmə mərhələsində son oyun çərçivəsində Qazaxıstanla bugünkü səfər görüşündə qələbəyə iddialıdır: “Qazaxıstan yığması daha yaxşı olub. Öz təəssüratlarımı təhlil edərkən, deyərdim ki, bu milli Azərbaycandan yaxşı oynayır. Onların ayrı-ayrı futbolçuları azərbaycanlılardan güclüdürlər. Ancaq əsas məqsədimiz dəyişilməzdir – qələbə”.