Əfran İsmayılov: “Xəzər Lənkəran”ın ardıcıl uduzacağı oyunlar hələ qarşıdadır
17.10.2011 - 13:19
“Üstünlük bizdə idi. Elə an oldu ki, 6-7 ardıcıl qol imkanları yaratdıq. Ancaq təəssüf ki, bundan istifadə edə bilmədik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov deyib.
Premyer Liqanın IX turunda “Rəvan”la qarşılaşan “Qarabağ” 1:1 hesablı heç-heçə ilə kifayətlənib. Matçın gedişində hesabda irəli olan Ağdam təmsilçisi hakimin ikinci hissəyə əlavə etdiyi dəqiqələrdə qapısından top buraxıb. Nəticədə hər iki komanda meydanı 1 xalla tərk edib.
Bu isə çempionluq uğrunda mübarizə aparan “Qarabağ” üçün ürəkaçan nəticə deyil: “Futbolda belə şeylər olur. 90+3-də qol buraxmağımız yorğunluqla bağlı deyil. Ani səhvə yol verdik və rəqib qapımızdan top keçirdi. Hələ qarşıda oyunlarımız çoxdur və itirilən xalları bərpa edəcəyik”.
İddialılardan “Xəzər Lənkəran”ın son matçda minimal hesablı qələbə qazanmasına da toxunan futbolçu onlara çatacaqlarını və hətta ötəcəklərini də bildirib: “Niyə də çatmayaq? Elə olacaq ki, onlar da xallar itirəcəklər. Bu hal hər bir komandanın başına gəlir. Ümumiyyətlə, çempion olmaq istəyən komanda mövsüm ərzində 4-5 məğlubiyyəti nəzərə almalıdır. “Xəzər Lənkəran”ın da ardıcıl məğlub olacağı oyunlar hələ qarşıdadır”.

0
0