Bəhruz Şirəliyev: Məsələyə aydınlıq gətirəndən sonra qərar verəcəyik
17.10.2011 - 14:03
Bəhruz Şirəliyev: Məsələyə aydınlıq gətirəndən sonra qərar verəcəyik
“Oyundan sonra “Qarabağ”ın nümayəndələri bizə bu hadisə ilə bağlı iradlarını bildirdilər. Mən də elə həmin andan araşdırmaya başladım”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rəvan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

Klub rəsmisi “Qarabağ”la Premyer Liqanın IX turunun oyunu zamanı yaşananlar barədə hələ qərar vermədiklərini bildirib. Şirəliyevin sözlərinə görə, rəqib azarkeşlərini təhqir etdiyi bildirilən Reis Klaudinei ilə bağlı qərarın verilməməsinə səbəb araşdırmanın başa çatmamasıdır: “Bir neçə futbolçu ilə söhbətim oldu. Digərləri ilə də bu gün danışacağam. Orada nə baş verdiyinə aydınlıq gətirəndən sonra qərar verəcəyik. Təbii ki, futbolçunun rəqib komandanı, və ya hər hansı bir rəqib futbolçunu təhqir etməsi yolverilməzdir. Bu, çox pis haldır. Biz də futbolçumuzla ciddi söhbət edəcəyik. Onun haqda tədbir görəcəyik. Bizim futbolçuların “Qarabağ” oyunçuları ilə çox yaxşı münasibətləri var. Elə klublar arasında da münasibətlər yaxşıdır”.