Azərbaycanın 324 komandası bir araya gəldi
17.10.2011 - 14:59
Ölkəmizdə uşaq futbolunun inkişafı, kütləviliyin təmin olunması məqsədilə AFFA tərəfindən müxtəlif turnirlər təşkil olunub. Apasport.az saytının məlumatına görə, ötən həftə U-11 Liqası, “Coca-Cola U-13 Liqası”, U-14 Liqası, “Kapital Bank U-15 Liqası”, U-16 Liqası, “Azercell U-17 Liqası”, U-15 qızlar Liqası və “U-17 UNİCEF qızlar Liqası”nın oyunlarına start verilib.
Bundan başqa “Coca-Cola Məktəbli kuboku”nda 1/2 final mərhələsinə yüksələn komandalar müəyyənləşib. Beləliklə, qeyd olunan turnirlərdə 1 tur ərzində ümumilikdə 162 oyun keçirilib. Bu isə o deməkdir ki, AFFA müxtəlif turnirlərdə üst-üstə 324 komandanı bir araya gətirib.

0
0