Bu gün millimizin qapıçısının toyudur
17.10.2011 - 15:16
Bu gün millimizin qapıçısının toyudur
Azərbaycan yığmasının və “Bakı” klubunun qapıçısı Aqil Məmmədov subaylığın daşını atır. Apasport.az saytının məlumatına görə, 22 yaşlı qolkiper bu gün özünə toy çaldırır.

“Bakı” klubunun yetirməsi sayılan Aqil Məmmədov doğulub boya-başa çatdığı Naxçıvan şəhərindən evlənib. Amma onun toyu Bakıda reallaşacaq. Toyda “Bakı” klubunun futbolçuları, rəhbərliyi ilə yanaşı, Azərbaycan futbol ictimaiyyətinin digər nümayəndələrinin də iştirakı gözlənilir.

Qeyd edək ki, Aqil Məmmədovun adı məhz xeyir iş səbəbindən “Sumqayıt-Şəhər” ilə oyunun iştirak ərizəsinə salınmayıb.