Albaniya – Azərbaycan oyunu “Qemal Stafa” stadionunda
17.10.2011 - 15:24
Albaniya – Azərbaycan oyunu “Qemal Stafa” stadionunda
Azərbaycan millisinin noyabrın 11-də Albaniya yığması ilə yoldaşlıq görüşü keçirəcəyi stadion müəyyənləşib. Apasport.az saytının məlumatına görə, komandalar Tirana şəhərindəki “Qemal Stafa” stadionunda görüşəcək. Bu, millimizin cari ildə son oyunu ola bilər. Belə ki, noyabrın 15-də Kiprlə səfərdə yoldaşlıq görüşü nəzərə tutulsa da, sonradan qarşı tərəf bundan imtina etdi.