“Biz futbolçularımızı türməyə göndərməmişik ki...”
17.10.2011 - 23:00
“Zaman göstərdi ki, müdafiəçilərimiz Robert Petrovla Bronislav Arseniyeviçi əvəzedici heyətə göndərməyim doğru addımdır. Onlar oynayanda, hər matçda 3 qol buraxırdıq, indi isə yox”. Bu fikirləri apasport.az saytına açıqlamasında AZAL-ın baş məşqçisi Elxan Abdullayev deyib.
İyulda “təyyarəçilər”in “sükanı arxası”na keçən 41 yaşlı çalışdırıcı “Qarabağ”a evdə 1:3 hesabı ilə uduzduqları oyundan sonra cinah müdafiəçilərini – makedoniyalı Robert Petrovla bosniyalı Bronislav Arseniyeviçi əvəzedici heyətə göndərdi. Komanda bundan sonrakı turlarda – “Bakı” ilə “Turan”la səfər matçlarında qolsuz bərabərlik edib.
Maraqlısı odur ki, Petrov əvəzedici heyətə göndərilsə də, millisindən dəvət alır. O, ötən seçmə mərhələdə yeganə oyununu məhz əsas komandadan kənarda qalanda, Ermənistana İrəvanda 1:4 hesabı ilə uduzduqları görüşün 2-ci hissəsində keçirib. Bunu isə Makedoniya yığmasının yeni baş məşqçisi olan tanınmış uelsli mütəxəssis Con Toşak reallaşdırıb.
Abdullayev məsələyə normal yanaşır: “Ona qalsa, Dmitri Bulıkin “Ayaks”da oynayır, ancaq onu Rusiya yığmasına çağırmırlar. Onu Toşakdan soruşmaq lazımdır ki, Petrovu hansı səbəbdən çağırır. Robert zəif futbolçu deyil. Mən bunu deməmişəm, indi də demirəm. Sadəcə, formada deyil və biz də buna görə onu əsas komandadan kənarda qoymuşuq. Formasını yığmaq üçün əvəzedici heyətə göndərmişik və burada belə imkana malikdir. Əlbəttə, həm Petrov, həm də Arseniyeviç əsas komandaya qayıda bilərlər və onlar AZAL klubunun futbolçuları olaraq qalırlar”.
Hələ ki əvəzedicilərə başqa kimisə göndərməyə ehtiyac görməyən Abdullayev bu komandaya pis, yuxarıdan aşağı baxmağı düzgün saymır: “Ora cəza yeri deyil. Biz onlara “türmə”yə göndərməmişik. Futbolçunu əvəzedicilərə göndərmək cəzalandırmaq demək deyil. Hələ SSRİ dövründə də futbolçular əvəzedici heyətdə oynayırdılar və burada qəbahətli bir şey yoxdur. Əvəzedici komanda futbolçunun formasını yığmaq üçün bir yerdir. O, zədədən sonra orada formaya düşə bilər. Əvəzedici komandanı ləkələmək lazım deyil”.

0
0