Arif Əsədov Kiyev “Dinamo”sunda
17.10.2011 - 15:39
“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov Ukraynaya gedir. Apasport.az saytının məlumatına görə, ötən mövsüm Azərbaycan çempionu olan çalışdırıcı Kiyev “Dinamo”sunun düşərgəsinə təcrübə keçmək məqsədilə yollanır.
Pro kateqoriyalı məşqçilik kursunda təhsil alan Əsədov 1 həftə Ukraynada qalacaq. O, oktyabrın 23-dən 29-a qədər olan müddətdə məşhur Yuri Syominin məşqlərini izləyəcək, mütəxəssisdən nəsə öyrənməyə çalışacaq.
Pro kateqoriyası almaq üçün 2 klubda təcrübə keçmək zəruri olduğundan Əsədov növbəti təcrübə ilə bağlı da planlarını müəyyənləşdirib. O, bunun üçün Türkiyəyə yollanıb, İstanbul klublarında təcrübə keçəcək.

0
0