Futbol üzrə dünya çempionatı Mərakeşdə keçiriləcək
17.10.2011 - 17:43
Futbol üzrə klublararası dünya çempionatının 2013 və 2014-cü ildə keçiriləcəyi yer müəyyənləşib. Apasport.az saytının məlumatına görə, öz zonalarının ən güclü klubları ardıcıl 2 il Mərakeşdə bir araya gələcək. FİFA hələ bunu təsdiqləməsə də, Afrika ölkəsi təşkilatçılığa yeganə namizəddir. Belə ki, bu turnirə iddia edən digər 3 ölkə - CAR, İran və BƏƏ sonda fikrindən daşınıb.
0
0