“Bakılı”nın sabiq futbolçusu üçün yeni vəzifə
18.10.2011 - 08:48
“Bakılı”nın sabiq futbolçusu üçün yeni vəzifə
Azərbaycan çempionatına gəlib-getmiş ilk legioner futbolçulardan olan Sergey Puçkov özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 1997/98 mövsümündə sonradan adını “Bakılı”ya dəyişən “Araz”ın şərəfini qorumuş ukraynalı “Sevastopol” klubunu çalışdıracaq. Bunadək “Tavriya”ya rəhbərlik etməsi ilə diqqət çəkən 49 yaşlı mütəxəssis istefa verən Aleksandr Ryabikonu əvəzləyib. O, aşağı dəstə təmsilçisinin baş məşqçi vəzifələrini icra edəcək.

Qeyd edək ki, Puçkov 2005-08-ci illərdə də “Sevastopl”a rəhbərlik edib.