Pele bu dəfə Messinin “bostanına daş atdı”
18.10.2011 - 09:01
Pele bu dəfə Messinin “bostanına daş atdı”
“Futbol kralı” Pele Dieqo Maradonanın ardınca daha bir argentinalı ulduz – Lionel Messinin “bostanına daş atıb”. Apasport.az saytının məlumatına görə, Messinin əfsanəvi braziliyalı hücumçu ilə müqayisə olunmağına cavab olaraq onun iştirakı ilə heç bir oyunu izləmədiyini bildirdiyi deyilir. Pele bu işdə “Barselona”nın 24 yaşlı hücumçusuna kömək etməyə hazırdır. 71 yaşlı dünya çempionu son 2 ildə planetin ən yaxşı futbolçusu seçilən argentinalıya öz oyunlarını göndərmək fikrindədir: “Müasir futbolçunun ötənlərin məşhur oyunçusu ilə müqayisə olunmağı normal haldır. Hərçənd belə müqayisələr heç də hamıya və həmişə xoş olmaya bilər. Əgər həqiqətən Messi mənim necə oynadığımı görməyibsə, bunu asanca düzəltmək olar. Mən onu “Əbədi Pele” sənədli filmini göndərəcəyəm. Mən artıq bunu Dieqo Maradonaya analoji bəyanatından sonra göndərmişəm”.