Millimiz almaniyalılarla heç-heçə etdi
18.10.2011 - 09:10
Millimiz almaniyalılarla heç-heçə etdi
Almaniyada təlim-məşq toplanışında olan 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Nikolay Adamın yetirmələri “FSV Frankfurt” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Yığmamızın ilk qolunu penalti zərbəsindən Şahban Cəbrayılov vurub. Digər qolun müəllifi isə Mahir Mədətov olub.