Berti Foqtsa yeni təklif
18.10.2011 - 10:11
Berti Foqtsa yeni təklif
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts yeni təklif alıb. Apasport.az saytının məlumatına görə, Almaniya Silahlı Qüvvələrinin milli komandası 65 yaşlı mütəxəssisə dəvət göndərib.

Hərbçilər bu gün keçiriləcək xeyriyyə məqsədli oyuna fəxri qonaq kimi Foqtsu da çağırıb. Hazırda vətənində olan mütəxəssis tədbirdə iştirakda maraqlı olduğunu bildirsə də, hələ də son qərarını verməyib.