Vaqif Cavadov rusiyalı gözəllərlə futbol oynayacaq
18.10.2011 - 11:11
Vaqif Cavadov rusiyalı gözəllərlə futbol oynayacaq
Azərbaycan millisində oynamaqdan boyun qaçıran Vaqif Cavadov qeyri-adi matçın iştirakçısı olacaq. Apasport.az saytının məlumatına görə, Avstriya ilə oyundan sonra yığmanın düşərgəsini özbaşına tərk edən 22 yaşlı hücumçu rus qızlarla top qovacaq.

Belə ki, Vaqifin şərfini qoruduğu Nijni-Novqorodun “Volqa” klubu sabah səhər saatlarında qızlardan ibarət komanda ilə futbol oynayacaq. Cavadov və yoldaşlarının rəqibi “Nijni-Novqorod gözəli” müsabiqəsinin finalçıları olacaq.