AFFA-dan Samir Zərgərova ağır cəza, “Turan”a xəbərdarlıq
18.10.2011 - 12:08
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Premyer Liqada 5 qırmızı vərəqənin olduğu hesabat turunda ən ağır cəza ehtiyatda olan futbolçuya verilib.
Bu, “İnter”in futbolçusu Samir Zərgərovdur. “Neftçi” ilə görüşdə əvəzləndikdən sonra 80-ci dəqiqədə ehtiyat hakimi təhqir etdiyinə görə aldığı birbaşa qırmızı vərəqə ona 4 oyunluq cəza və 4000 manat cərimə bahasına başa gəlib. Həmin matçda kobud oyuna görə birbaşa qırmızı vərəqə alan “Neftçi”nin müdafiəçisi Ruslan Abışov 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimələnib. Eyni cəza “Turan”ın gürcü futbolçusu Georgi Beriaşviliyə də verilib.
“Bakı” ilə matçda sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alan “Sumqayıt Şəhər”in qapıçısı Andrey Popoviç 1 oyunluq cəzalanıb və 200 manat cərimələnib. “Qəbələ”nin braziliyalı futbolçusu Bruno da Silva eyni cəzanı alıb. Ancaq fərq ondadır ki, o, “Kəpəz”lə matçda 2-ci sarı vərəqə görə meydandan çıxarılıb.
“İnter” və AZAL 4 futbolçusu sarı vərəqə aldığına görə hərəyə 1000 manat cərimələniblər. “Turan”a AZAL matçın ikinci hissəsində meydançaya 12 dəqiqə gec çıxdığı üçün xəbərdarlıq edilib. Analoji hadisənin baş verəcəyi təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq olunacaq.

0
0